Hakan Fidan Nyu-Yorkda Bakı ilə İrəvan arasında sülh prosesindən söz açıb
Far.Az xəbər saytı

Hakan Fidan Nyu-Yorkda Bakı ilə İrəvan arasında sülh prosesindən söz açıb


Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın ABŞ ilə tərəfdaşlığının qlobal sülh və sabitliyə daha böyük fayda verməli olduğunun vacibliyini vurğulayıb.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, türkiyəli nazir bunu Nyu-Yorkda təşkil olunan "100-cü ilə qədəm qoyan Türkiyə-ABŞ münasibətləri" panelində çıxışı zamanı deyib.

Nazir Türkiyə-ABŞ əməkdaşlığının sülh və sabitliyin təmin olunması istiqamətində qonşu regionlarda birgə fəaliyyət üçün imkan yaratdığını qeyd edib.

O, Qafqazda Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəklədiklərini, Qara dənizdə gərginliyin artması risklərini azaltmağı və gəmiçilik təhlükəsizliyini təmin etməyi hədəflədiklərini bildirib.

Fidan Qara dənizin problem mənbəyi deyil, əməkdaşlıq platformasına çevrilməsinin əhəmiyyətini vurğulayıb.

Ukraynada davamlı sülhün əldə olunması üçün dialoq və diplomatiyanı dəstəklədiklərini deyən nazir Ankara ilə həm Kiyev, həm də Moskva arasında təmasların davam etdirildiyini bildirib.

Balkanlardakı vəziyyətə toxunan Fidan Bosniya və Herseqovinada, həmçinin Serbiya ilə Kosovo arasında gərginliyin daha da dərinləşmədən qarşısının alınmasının vacib olduğunu qeyd edib.

"Yaxın koordinasiya və qabaqlayıcı diplomatiya bu bölgələrdəki kövrək sabitliyin qorunmasına və möhkəmləndirilməsinə kömək edə bilər. Eyni prinsip əsasında hərəkət edirik: qanuni institutları gücləndirmək, regional sahibliyi dəstəkləmək, təhlükəsizlik və iqtisadi imkanlar arasında güclü əlaqə yaratmaq", - o bildirib.

Fidan beynəlxalq sistemdə baş verən dəyişikliklərin daha çox regional məsuliyyət və təşəbbüs tələb etdiyini qabardıb. Onun sözlərinə görə, bu, qlobal güclərlə imkanları olan regional aktorlar arasında effektiv tərəfdaşlıqların qurulmasını da zəruri edir.

Türkiyənin xarici işlər naziri Prezident Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Donald Trampla münasibətlərin müxtəlif regionlar və məsələlər üzrə əməkdaşlığın institusional əsasda dərinləşdirilməsinə töhfə verəcəyinə inandığını bildirib.

Liviya, Sudan və ümumilikdə Afrikadakı böhranlara da toxunan Fidan Türkiyə-ABŞ əməkdaşlığının uzunmüddətli münaqişələrin həllində real nəticələr verə biləcəyini qeyd edib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 22 sentyabrda Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər