Rumıniyada COVID-19 pandemiyasında ölən insanların cəsədlərinin olduğu kütləvi məzarlıq aşkarlanıb
Far.Az xəbər saytı

Rumıniyada COVID-19 pandemiyasında ölən insanların cəsədlərinin olduğu kütləvi məzarlıq aşkarlanıb


Rumıniyanın cənubundakı Slatina şəhərinin bələdiyyə qəbiristanlığında koronavirus pandemiyası zamanı ölən onlarla insanın qalıqlarının olduğu kütləvi məzarlıq aşkar edilib.

"Report" "News.ro" portalına istinadən xəbər verir ki, polis qalıqların mənşəyini və insanların ölüm səbəbini müəyyən etmək üçün yoxlama aparır.

Slatina meri Mario de Metsonun sözlərinə görə, qəbiristanlıq ərazisində yüzlərlə insan sümüyü aşkar edilib və İstintaq Komitəsi onları ekspertiza üçün götürüb. Bundan əlavə, qazıntılardan sonra COVID-19 pandemiyası dövründən qalma, içərisində çürüməmiş cəsədlər olan torbalar tapılıb.

Mer bildirib ki, qalıqlar "xüsusi tərzdə" basdırılıb və bu, onun fikrincə, hadisənin kriminal xarakter daşıdığını göstərə bilər.

De Metso həmçinin Rumıniya İstintaq Komitəsini araşdırmanın ləng aparılmasında günahlandırıb. Onun sözlərinə görə, o, insident barədə hüquq-mühafizə orqanlarına ilk dəfə hələ sentyabrın 3-də məlumat verib, lakin həmin vaxtdan işdə bir nəfər də olsun şübhəli şəxs ortaya çıxmayıb.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər