Azərbaycan ilə AİB arasında iqlim fəaliyyəti sahəsində tərəfdaşlığın gücləndirilməsi müzakirə edilib
Far.Az xəbər saytı

Azərbaycan ilə AİB arasında iqlim fəaliyyəti sahəsində tərəfdaşlığın gücləndirilməsi müzakirə edilib


Azərbaycan ilə Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası arasında müzakirələr aparılıb.

"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, Azərbaycanın NDC 3.0 sənədinin icrasına, eləcə də uyğunlaşma və dayanıqlığa dəstək məqsədilə əsas sektorlar üzrə tədbirlərin irəlilədilməsinə diqqət yönəldilərək iqlim fəaliyyəti sahəsində tərəfdaşlığın gücləndirilməsini müzakirə olunub.

Həmçinin iqlim maliyyəsinin səfərbər edilməsində və milli iqlim prioritetlərinin konkret investisiya və icraya çevrilməsində çoxtərəfli inkişaf banklarının həlledici rolu barədə fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Sabah Development: Gələcəyə Addım - Sabah gələcəyi necə formalaşdırır?
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər