ABŞ İranla əlaqəli 109 ticarət gəmisinin istiqamətini dəyişdirib
ABŞ Hərbi Dəniz Qüvvələri İrana qarşı dəniz blokadasını bərpa etdiyi vaxtdan etibarən İranla əlaqəli, bu ölkənin limanlarına gedən və ya limanlarından çıxan 109 ticarət gəmisinin marşrutunu dəyişdirib.
"Far.Az"un məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərq üzrə Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
"20 sentyabr tarixinə olan məlumata görə, ABŞ qüvvələri qaydalara tam riayət olunmasını təmin etmək məqsədilə 109 kommersiya gəmisinin istiqamətini dəyişdirib", – deyə məlumatda bildirilib.
Qeyd edək ki, ABŞ Hörmüz boğazı ərazisində İran limanlarına qarşı dəniz blokadasını Bakı vaxtı ilə iyulun 15-də gecə yarısından etibarən bərpa edib. Bundan əvvəl ABŞ İranla bağlı dəniz blokadasını aprelin 13-dən iyunun 18-dək tətbiq edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu
-
Yaponiyada yaşlı əhalinin sayı rekord həddə çatdı
-
Türkiyənin Azərbaycandakı səfirliyi ölkəmizi təbrik edib
-
Bakıda taekvondo üzrə ölkə çempionatı və "Koreya Səfiri Kuboku" keçiriləcək
-
Nigeriyada silahlı hücumlar nəticəsində 9 nəfər ölüb
-
İsrail Səfirliyi: Arzu edirik ki, bu bayram Azərbaycan xalqına möhkəm sülh, rifah, birlik və güc gətirsin













