Ərdoğan regiondakı gərginlik fonunda Türkiyənin Küveytə dəstəyini ifadə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin regiondakı çətin və gərgin prosesdə Küveytin yanında olduğunu bəyan edib.
"Report" xəbər verir ki, Ərdoğan bunu Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyası çərçivəsində Küveytin vəliəhd şahzadəsi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah ilə keçirdiyi görüşdə bildirib.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumatına görə, görüş zamanı ikitərəfli münasibətlər müzakirə edilib.
Ərdoğan bildirib ki, Türkiyə regiondakı çətin və gərgin prosesdə "Küveyt kimi qardaş ölkələrin" yanındadır.
Türkiyə lideri həmçinin İsrailin regiondakı vəziyyəti gərginləşdirən davranışlarının qarşısını alınmasının vacibliyini vurğulayıb və bunun üçün beynəlxalq səylərin dəstəklənməsinin əhəmiyyətinə diqqət çəkib.
Oxşar xəbərlər
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda sərgidə iştirak ediblər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.













