Qaradağda yük avtomobilləri toqquşdu, sürücü belə xilas edildi
Far.Az xəbər saytı

Qaradağda yük avtomobilləri toqquşdu, sürücü belə xilas edildi


Bakının Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində iki yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, "Mercedes" markalı yük avtomobili yol kənarında dayanan "KamAZ" markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində "Mercedes"in sürücüsü avtomobildə sıxılı vəziyyətdə qalıb.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin xilasediciləri cəlb olunub.

Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə avtomobildə sıxılı vəziyyətdə qalan 1971-ci il təvəllüdlü Talışov Elşən Firdovsi oğlunu xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Leyla Əliyeva Qaradağda yeni parkın açılışında iştirak edib
Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
FHN təlim etmək istədi - Yanlış park edilən maşınlara görə yanğın avtomobilləri hərəkət edə bilmədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər