Bakıda bu rayonda 52 qəzalı bina SÖKÜLƏCƏK
"Sabunçu rayonunda qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının mərhələli şəkildə sökülməsi və sakinlərin köçürülməsi prosesi davam etdirilir. Rayon ərazisində ümumilikdə 52 qəzalı çoxmənzilli yaşayış binası var".
Bunu BAKU.WS-ə açıqlamasında AQC İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib.
AQC sədri əlavə edib ki, qəzalı binalardan 10-u üzrə sakinlərin köçürülməsi artıq başa çatıb. Daha 7 binada isə köçürülmə prosesinə yeni başlanılıb:
"Hazırda Bakıxanov qəsəbəsində Ramiz Qəmbərov küçəsində yerləşən 6 bina, Aşıqalı küçəsində isə 1 bina artıq sökülüb. Bundan başqa, Həməd Sultanov və Əfəndiyev küçələri və Ramana qəsəbəsi ərazisində 11-ci və 12-ci mədən sahələrində yerləşən qəzalı binalarla bağlı sakinlərin köçürülməsi prosesinə başlanılıb.
Qəzalı binaların sökülməsi zamanı sakinlərə ödəniləcək kompensasiyanın məbləği isə hər ərazi üzrə fərqli müəyyənləşdirilir. Bunun üçün əvvəlcə qiymətləndirmə aparılır. Söküntü ilə bağlı qərar qəbul edildikdən sonra müvafiq qiymətləndirici şirkət tərəfindən mənzillərin dəyəri müəyyənləşdirilir və kompensasiya məbləği hesablanır.
Sabunçu rayonunun ayrı-ayrı ərazilərində yaşayış sahələri üçün kompensasiya məbləği əsasən 1 350-1 500 manat aralığında dəyişir. Rayonun mərkəzinə yaxın ərazilərdə, o cümlədən Mehmandarov və Mədəniyyət küçələri istiqamətində qiymətlər daha yüksək ola bilər".
V.Oruc əlavə edib ki, qeyri-yaşayış sahələri üçün isə kompensasiyanın yaşayış sahələri ilə müqayisədə təxminən 20-25 faiz daha yüksək olması nəzərdə tutulur:
"Qəzalı binaların sökülməsi və sakinlərin köçürülməsinin qarşıdakı mərhələdə Məmmədəliyev, Mehdi Hüseynzadə, Səməd bəy Mehmandarov, keçmiş Əfəndiyev, hazırda Həsən bəy Zərdabi və Həmid Araslı küçələrində də həyata keçirilməsi gözlənilir. İlkin mərhələdə sökülməsi nəzərdə tutulan qəzalı binaların təxminən 20 faizi Sabunçu rayonunun payına düşür".
Orxan Hüseyn
Oxşar xəbərlər
Ramana Qəsri yenidən qapılarını ziyarətçilərin üzünə açdı
Azərbaycanlı məşhurlar Ramazanda oruc tutacaqlar?
Ramana Qəsri yeni muzey konsepsiyası ilə fəaliyyətə başlayıb
Türkiyədə bu məşhurların QANUNSUZ TİKİLƏN EVLƏRİ SÖKÜLƏCƏK - SİYAHI
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə kişi həyat yoldaşını qətlə yetirib
-
Ukrayna kəşfiyyatının rəhbəri: Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib
-
Nigeriyada silahlı hücumlar nəticəsində 9 nəfər ölüb
-
"WSJ": ABŞ BCM-ə qarşı yeni genişmiqyaslı sanksiyalar tətbiq etməyi planlaşdırır
-
Alimlərdən yeni kəşflər: isti çay xərçəng riskini artırır, ilan zəhərindən antibiotik hazırlanıb
-
BVF üç ilə dünya üzrə dövlət borcunun ÜDM-in 100%-ni ötəcəyini gözləyir













