Azərbaycan və Kolumbiya qarşılıqlı şəkildə viza rejimini ləğv ediblər
Far.Az xəbər saytı

Azərbaycan və Kolumbiya qarşılıqlı şəkildə viza rejimini ləğv ediblər


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Kolumbiyanın xarici işlər naziri Omar Bula Eskobar ilə görüşüb.

"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.

Nazirlər Azərbaycan və Kolumbiya arasında münasibətlərin mövcud vəziyyətini və perspektivlərini müzakirə edərək, siyasi dialoqun daha da gücləndirilməsinin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Müzakirələr zamanı iqtisadi əlaqələrin, turizm, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsi imkanları nəzərdən keçirilib. Tərəflər həmçinin BMT daxil olmaqla çoxtərəfli platformalarda əməkdaşlıq, eləcə də regional və beynəlxalq proseslər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşün yekununda Azərbaycan Respublikası Hökuməti ilə Kolumbiya Respublikası Hökuməti arasında "Adi pasportlara malik şəxslərin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş" imzalanıb ki, bu da Azərbaycan və Kolumbiya arasında hüquqi və institusional bazanı daha da möhkəmləndirib.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər