Tramp: Ərdoğan möhtəşəm insandır
Far.Az xəbər saytı

Tramp: Ərdoğan möhtəşəm insandır


"Ərdoğan möhtəşəm insandır, mənim çox yaxşı dostumdur"

"Far.Az" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasında İrana həsr edilmiş toplantıdakı çıxışında deyib.

"Bu masada gözəl dostlarım var. Fövqəladə işlər görülüb, hamınıza çox təşəkkür edirəm. Ərdoğan möhtəşəm insandır, mənim çox yaxşı dostumdur. O, möhkəm insandır. Onunla oyun oynamayın", - Tramp deyib.

ABŞ rəhbəri bildirib ki, Qəzzada sülh planı əla yanaşma olub. O, İranın nüvə silahına sahib olmaq istədiyini iddia edib: "Biz buna icazə verməyəcəyik. İranın heç bir hərbi gücü qalmayıb. Ballistik raket və pilotsuz təyyarə qurğuları məhv edilib. Hava hücumundan müdafiə sistemləri məhv edilib.

Onların iqtisadiyyatı xarabalığa çevrilib, İran valyutası dəyərsizdir. Biz İranı maliyyə cəhətdən təcrid edirik".

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda sərgidə iştirak ediblər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Nyu-Yorkda azərbaycanlılar üçün səyyar konsulluq xidməti təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər