AİB 2026-2027-ci illərdə Azərbaycanda inflyasiya proqnozunu bir qədər artırıb
Far.Az xəbər saytı

AİB 2026-2027-ci illərdə Azərbaycanda inflyasiya proqnozunu bir qədər artırıb


Asiya İnkişaf Bankı (AİB) 2026-cı ildə Azərbaycanda orta illik inflyasiyanı 5,9 %, 2027-ci ildə isə 5 % səviyyəsində proqnozlaşdırır.

"Far.Az"un məlumatına görə, AİB-in cari il üçün inflyasiya proqnozu iyul proqnozu ilə müqayisədə 0,2 faiz bəndi (pp), növbəti il ​​üçün isə 0,1 faiz bəndi artırılıb.

AİB izah edir ki, düzəliş karbohidrogen qiymətlərinin daxili iqtisadiyyata davamlı təsirindən irəli gəlir ki, bu da 2026-cı ilin ikinci yarısında inflyasiyanın sürətlənməsinə səbəb olacaq.

"Artan inflyasiya gözləntilərinə cavab olaraq Mərkəzi Bank pul-kredit yumşaldılması dövrünü dayandırdı və inflyasiya proqnozunu artırdı. İlin ikinci yarısında daha yüksək inflyasiya gözləntilərinə görə AİB də proqnozlarını yenidən nəzərdən keçirmək qərarına gəldi", - bankın hesabatında deyilir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycanda orta illik inflyasiya 5,6 %, 2026-cı ilin yanvar-avqustu ərzində isə 5,7 % təşkil edib.

İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, ölkədə orta illik inflyasiya 2026-cı ildə 5,7 %, 2027-ci ildə isə 5,3 % təşkil edəcək.

Mərkəzi Bankın hesablamalarına görə (iyul 2026), cari il illik inflyasiya 6,1 %, 2027-ci ildə isə 5,8 % olacaq.

BMT bu il Azərbaycanda inflyasiyanın 3,1 % olacağını proqnozlaşdırır. Dünya Bankı 2026-cı ildə Azərbaycanda orta illik inflyasiyanın 2,3 % olacağını gözləyir.

"Moody's" beynəlxalq reytinq agentliyi bu il Azərbaycanda orta illik inflyasiyanın 3 %, "Fitch Ratings" 4,6 %, "Fitch Solutions" isə 5,5 %, 2027-ci ildə 4,8 % olacağını proqnozlaşdırır.

Niderlandın ən böyük maliyyə və bank qrupu olan "ING Group", Azərbaycanda illik inflyasiyanın 2026-cı ildə 5,8 %, 2027-ci ildə isə 5,6 % olacağını gözləyir.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycanda planşetlərdə "Chrome"un payı 18 % azalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər