Yaponiyada "Duszyuan" tayfunu doqquz nəfərin ölümünə səbəb olub
Far.Az xəbər saytı

Yaponiyada "Duszyuan" tayfunu doqquz nəfərin ölümünə səbəb olub


Sentyabrın 20-də Yaponiyanın Honsü adasının mərkəzi Sakit okean sahili boyunca keçən "Duszyuan" tayfununun nəticələrində doqquz nəfər ölüb, dahab dörd nəfər itkin düşüb.

"Far.Az"un məlumatına görə, bu barədə Kanaqava və Çiba prefekturalarının polisi xəbər verib.

Ölüm hallarının əksəriyyəti güclü yağışların yaratdığı torpaq sürüşmələri nəticəsində baş verib. Bəziləri su basmış düzənlik ərazilərdə qalmış avtomobillərdə boğulub.

Torpaq sürüşmələri nəticəsində 500-dən çox evə ciddi ziyan dəyib. İki prefekturada təxminən 25 000 ev elektriksiz qalıb.

Bölgədə hələ də 100-dən çox su basmış və dayanmış nəqliyyat vasitəsi yollarda qalıb.

Oxşar xəbərlər

Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Su basmış ərazilərdən 20-si azyaşlı olmaqla 84 nəfər təxliyə edilib
FHN: Bakı, Sumqayıt və Abşeronda su basmış ərazilərdən 42 nəfər təxliyə edilib
Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər