Məmməd Musayevə qarşı cinayət işi açıldı - İLGİNC TƏFƏRRÜAT
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev barəsində cinayət işi açılıb.
BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, Məmməd Musayevə Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və o, təqsirləndirilən şəxs qismində tanınıb.
Məlumata əsasən, cinayət işi "Aqrarkredit" QSC (Bank Olmayan Kredit Təşkilatı) vasitəsilə ayrılmış kreditlərlə bağlı aparılan araşdırma ilə əlaqədardır. İstintaq çərçivəsində bir sıra sahibkarlara kənd təsərrüfatının maliyyələşdirilməsi məqsədilə ayrıldığı bildirilən kredit vəsaitlərinin təyinatı üzrə istifadə olunmaması ilə bağlı hallar araşdırılır.
Qeyd edək ki, Məmməd Musayev uzun müddət "Aqrarkredit" QSC-yə rəhbərlik edib. O, 2001-ci ildən 2025-ci ilədək qurumun rəhbəri vəzifəsində çalışıb.
Səhmləri tamamilə dövlətə məxsus olan "Aqrarkredit" QSC-nin əsas fəaliyyət istiqamətlərindən biri sahibkarlıq subyektlərinin, o cümlədən regionlarda fəaliyyət göstərən bizneslərin maliyyələşdirilməsi və kreditləşdirilməsidir.
Məmməd Musayev hazırda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidentidir.
Bundan əvvəl onun öz hesabına məzuniyyətə çıxdığı və iş başında olmadığı barədə məlumat yayılmışdı.
Azərbaycan Sahibkarlar Konfederasiyasından isə bildirilib ki, Məmməd Musayev gündəlik iş rejimində fəaliyyətini davam etdirir. Əlavə edilib ki, qurum öz mandatına uyğun olaraq dövlət və özəl sektorla sıx əməkdaşlığını davam etdirir.
Oxşar xəbərlər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq mərkəzləri ilə tanışlıq olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
Bakı Konqres Mərkəzində TÜSTÜLƏNMƏ
-
Sumqayıt-Bakı qatarında sıxlıq: Sərnişinlər ayaqyolunda dayanmalı olublar
-
Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi
-
Masallının böyük bir hissəsi qazsız qalacaq
-
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç baş tutub - YENİLƏNİB-2













