Azərbaycan və Özbəkistan üçüncü ölkələrdə birgə turizm tədbirləri keçirəcəklər
Far.Az xəbər saytı

Azərbaycan və Özbəkistan üçüncü ölkələrdə birgə turizm tədbirləri keçirəcəklər


Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov və bu ölkənin Turizm Komitəsinin sədri Abdulaziz Akkulov görüş zamanı turizm potensialının təşviqi və qarşılıqlı turist axınının artırılması məqsədilə üçüncü ölkələrdə birgə tədbirlər keçirmək barədə razılığa gəliblər.

"Far.Az" xəbər verir ki, bu barədə Özbəkistanın Turizm Komitəsi məlumat yayıb.

Tərəflər qarşılıqlı turist axınının artırılmasını, iki ölkənin turizm potensialının daha geniş təşviqini və turizm sənayesi nümayəndələri arasında birbaşa əlaqələrin fəallaşdırılmasını müzakirə ediblər. Bununla əlaqədar onlar turizm sahəsində Özbəkistan və Azərbaycan həmkarlar ittifaqları arasında birbaşa dialoq qurmaq və əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.

"Görüş zamanı turizm sahəsində həyata keçirilən birgə layihələrin müsbət nəticələri də qeyd olunub. Xüsusilə vurğulanıb ki, 2025-ci ilin oktyabr ayında Özbəkistanın Turizm Komitəsi və Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən "Highlights of the Silk Road" layihəsi çərçivəsində bir sıra Avropa şəhərlərində turizm sənayesi nümayəndələri üçün birgə roud-şoular təşkil edilib. Bu istiqamətdə əməkdaşlığı davam etdirmək məqsədilə tərəflər cari ilin oktyabr ayında Avropanın dörd ölkəsində növbəti birgə roud-şouların keçirilməsi barədə razılığa gəliblər", - məlumatda bildirilib.

Bundan əlavə, tərəflər Özbəkistan və Azərbaycanın turoperatorları, media nümayəndələri və blogerləri üçün qarşılıqlı məlumat turları təşkil etmək, həmçinin iki ölkənin özəl sektor nümayəndələri arasında B2B görüşləri keçirmək barədə razılığa gəliblər.

R.Məmmədov qeyd edib ki, Azərbaycanda dağ-xizək və sağlamlıq turizminin inkişafına xüsusi diqqət yetirilir. O, dağ-xizək turizminin perspektivli istiqamətlərindən biri kimi Kəlbəcər rayonunun inkişafı ilə bağlı planlar, həmçinin Naftalanda sağlamlıq turizmi üzrə ixtisaslaşan sanatoriya və mehmanxanaların fəaliyyəti barədə məlumat verib.

Görüşün sonunda Azərbaycanın Dövlət Turizm Agentliyinin sədri və səfir Rəşad Məmmədov noyabrın 25-27-də keçiriləcək Daşkənd Beynəlxalq Turizm Yarmarkasına, habelə BMT-nin Ümumdünya Turizm Təşkilatının (UN Tourism) əməkdaşlığı ilə yarmarka çərçivəsində baş tutacaq "2027-ci il - Beynəlxalq Dayanıqlı və Davamlı Turizm İli"nin açılış mərasiminə dəvət olunublar.

Oxşar xəbərlər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 33 illiyi qeyd olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Səhiyyə Nazirliyi tərəfindən "Sağlam gələcək" layihəsinə start verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər