Tahir Tağızadə Serbiya XİN-in dövlət katibi Damyan Yoviç ilə əməkdaşlığı müzakirə edib
Far.Az xəbər saytı

Tahir Tağızadə Serbiya XİN-in dövlət katibi Damyan Yoviç ilə əməkdaşlığı müzakirə edib


Azərbaycanın Serbiyadakı səfiri Tahir Tağızadə bu ölkənin Xarici İşlər Nazirliyinin (XİN) dövlət katibi Damyan Yoviç ilə iki ölkə arasında əməkdaşlığı müzakirə edib.

"Report"un Balkan bürosu xəbər verir ki, görüşdə Serbiya ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərinə diqqət çəkilib.

Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə, xüsusilə iqtisadi istiqamətdə əməkdaşlığın daha da intensivləşdirilməsinə hazır olduqlarını bildiriblər.

T.Tağızadə ilə D.Yoviç Belqrad–Bakı birbaşa aviareysinin açılmasını alqışlayıb və bu xəttin turizm sektorunun inkişafına, həmçinin iki ölkənin iş adamları arasında əlaqələrin genişlənməsinə töhfə verəcəyinə ümid etdiklərini ifadə ediblər.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Belqrad – tarixlə müasirliyin qovuşduğu şəhərdən REPORTAJ
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər