SOCAR: AZEMBA gələcəyin liderlərini yetişdirmək üçün unikal platformadır
AZEMBA proqramı gələcəyin liderlərini yetişdirmək üçün unikal platformadır.
"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Zaur Qurbanov İqtisadiyyat Nazirliyi ilə Elm və Təhsil Nazirliyinin birgə dəstəyi, SOCAR və İspaniyanın IE Universitetinin tərəfdaşlığı ilə Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin AZEMB" proqramının açılışında bildirib.
O qeyd edib ki, bu layihə yalnız başlanğıcdır: "Növbəti addım olaraq, IE Universiteti və "SOCAR Capital Holding"in tərəfdaşlığı, həmçinin Elm və Təhsil Nazirliyi ilə İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Bakıda "Liderlik və İnnovasiyalar üzrə İE Mərkəzi" (IE Hub) təsis olunacaq. Bu Mərkəz rəhbər şəxslər üçün təhsil, innovasiya, sahibkarlıq, tədqiqat, bilik mübadiləsi və sosial təsirli təşəbbüslər üçün imkanlar yaradacaq və tərəfdaşlığın MBA proqramından daha kənar dəyərlər istehsal etməsinə şərait yaradacaq".
Z.Qurbanov vurğulayıb ki, IE Universiteti ilə əməkdaşlıq çərçivəsində tərəfdaşlıq bir sıra strateji təşəbbüsləri də dəstəkləyəcək və reallaşdıracaq: "Buraya "Rəqabətqabiliyyətlilik və İqtisadi Trasformasiya üzrə IE Azərbaycan Rəsədxanası"nın maliyyələşdirilməsi, "Təhsildə Süni İntellekt" layihəsi, "Mini-MBA" proqramı, eləcə də "Süni İntellekt və Davamlılıq üzrə Rəhbərlərin İnkişafı" proqramı daxildir. Bu təşəbbüslər bilik mübadiləsini daha da gücləndirəcək, liderlik və innovasiya bacarıqlarını inkişaf etdirəcək, tədqiqat və sahibkarlığı təşviq edəcək, Azərbaycanın iqtisadi transformasiyasına və davamlı inkişaf gündəliyinə töhfə verəcək".
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Qarabağ Universitetində "Mənəvi dəyərlər" günü keçirilib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə kişi həyat yoldaşını qətlə yetirib
-
Ukrayna kəşfiyyatının rəhbəri: Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib
-
Nigeriyada silahlı hücumlar nəticəsində 9 nəfər ölüb
-
"WSJ": ABŞ BCM-ə qarşı yeni genişmiqyaslı sanksiyalar tətbiq etməyi planlaşdırır
-
Alimlərdən yeni kəşflər: isti çay xərçəng riskini artırır, ilan zəhərindən antibiotik hazırlanıb
-
BVF üç ilə dünya üzrə dövlət borcunun ÜDM-in 100%-ni ötəcəyini gözləyir













