"Formula 1" Bakı mərhələsinin trasdankənar ən yaxşı 10 anını açıqlayıb
Far.Az xəbər saytı

"Formula 1" Bakı mərhələsinin trasdankənar ən yaxşı 10 anını açıqlayıb


"Formula 1"in rəsmi saytı Bakı Şəhər Halqasının onilliyini yarışlardan kənar ən parlaq hadisələrin toplusu ilə qeyd edib - paddoku fəth edən pişikdən və Fernando Alonsonun xalça toxumasından tutmuş Sebastyan Fettelin ənənəvi Azərbaycan araxçınına qədər.

"Far.Az" "Formula 1"ə istinadən xəbər verir ki, material dünya çempionatının zəngin tarixə malik və təqvimin ən tanınan məkanlarından birinə çevrilmiş Bakı şəhərinin küçələrinə 10-cu səfərinə həsr olunub.

Pişik - paddokun ulduzu

Ötən ilki Qran-pri zamanı paddokda peyda olan pişik pilotların, komandaların və azarkeşlərin xüsusi diqqətini cəlb etmişdi.

Komandalar onu öz sosial şəbəkələri üçün həvəslə çəkirdilər. "Mercedes" onun üçün ayrıca fotosessiya təşkil edərək "Kitti Antonelli" adlandırdı, "Ferrari" isə "Furrari" adını təklif etdi.

Azərbaycan himni və pilotların təbəssümləri

Daha bir yaddaqalan an 2025-ci ildə yarışqabağı mərasimin gənc iştirakçıları tərəfindən Azərbaycanın dövlət himninin ifa edilməsi olub.

Uşaqlar o qədər emosional oxuyurdular ki, Corc Rassel və Lando Norris təbəssümlərini saxlaya bilmədilər. Luis Hemilton çıxışı lentə almaq üçün telefonunu çıxardı.

İçərişəhər divarları yaxınlığında yarış

Bakı Şəhər Halqasının vizit kartlarından biri də İçərişəhərin qala divarları yaxınlığındakı hissə olaraq qalır.

Cəmi 7,6 metr enində olan səkkizinci döngə bütün "Formula-1" təqvimindəki ən dar yerdir. İkinci sektorun dolanbaclı döngələrini keçdikdən sonra pilotlar UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin orta əsr divarlarının yanından keçirlər.

Müasir yarış bolidlərinin və çoxəsrlik memarlığın vəhdəti çempionatın ən təsirli mənzərələrindən birini yaradır.

"Afərin, Bakı!"

"Well done, Baku" ifadəsi "Red Bull"un sabiq pilotu Daniel Rikkardo sayəsində xüsusilə populyarlaşdı.

İlk dəfə o, Bakı Şəhər Halqasında debüt mərhələsi olan 2016-cı il Avropa Qran-prisi zamanı plakatlarda peyda oldu. Sonralar D.Rikkardo bu sözləri dəfələrlə təkrar etdi. Zaman keçdikcə ifadə pilotlar və komandalar arasında məşhurlaşdı.

Avstraliyalının 2017-ci ildə Bakıda qazandığı qələbə onun karyerasında ən yaxşı qələbələrdən biri hesab olunur. Erkən pit-stopdan sonra o, 17-ci yerə düşsə də, irəliləməyi bacarıb və yarışı qazanıb. Podiumda D.Rikkardo özünəməxsus tərzi ilə - yarış çəkməsindən şampan içərək qələbəni qeyd etdi.

Dünya şou-biznesinin ulduzları

On il ərzində Bakıdakı yarışa bir çox məşhur musiqiçilər təşrif buyurub. Bəziləri təşkilatçıların azarkeşlər üçün təşkil etdiyi axşam konsertlərində çıxış etmək üçün gəlmişdi. Qran-prinin qonaqları arasında Kristina Aqilera, Meraya Keri, Enrike İqlesias, "Jamiroquai" qrupunun solisti Cey Key və Cey Balvin var idi.

Ötən mövsüm Maks Ferstappen və Lando Norrisin dostu, niderlandlı DJ Martin Qarriks də Bakıda olub. Yarışın finişində bayrağı dalğalandırmaq məhz ona etibar edilmişdi.

Kolapinto və onun dəyişməz matesi

Franko Kolapinto üçün 2024-cü il Azərbaycan Qran-prisi mövsüm ərzində "Williams"ın əsas heyətinə daxil olduqdan sonra cəmi ikinci mərhələ idi. Məhz Bakıda tamaşaçılar ilk dəfə argentinalı pilotun paddokda mate ilə görünmək vərdişinə diqqət yetirdilər.

Kolapinto əlində metal borucuğu olan dəri ilə örtülmüş qab tuturdu. O izah etdi ki, mate Paraqvay kofeinli içkidir. Pilotu paddoka və komandanın qarajına gedərkən tez-tez onunla görürdülər.

Fernando Alonso və Azərbaycan xalçaları

Bakıda 2016-cı ildə keçirilən ilk yarış ərəfəsində Fernando Alonso şəhər trasının rəsmi səfiri oldu.

İkiqat çempion yerli ənənələrlə tanış oldu və "Azer-Ilme" mərkəzində xalça toxumasında özünü sınadı. Orada ona Azərbaycan xalçası, daha sonra isə dağ velosipedi hədiyyə etdilər.

Oxşar xəbərlər

Xatirə İslamdan qarlı havada FOTOSESSİYA
Azərbaycan Milli Xalça Muzeyində "Zamanın naxışları" moda nümayişi təşkil olunub
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər