"Formula 1" Azərbaycan Qran-Prisinə gələn xarici turistlərin sayı rekord həddə çatıb
Far.Az xəbər saytı

"Formula 1" Azərbaycan Qran-Prisinə gələn xarici turistlərin sayı rekord həddə çatıb


Sayca 10-cu dəfə Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-Prisinə gələn xarici turistlərin sayı rekord həddə çataraq 16 mini keçib.

Bu barədə "Report"a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Bu, "Formula 1"in paytaxt Bakıda keçirildiyi dövrdə qeydə alınan ən yüksək göstəricidir. Xarici qonaqların ötənilki sayı 14 min olub.

Yarışa beynəlxalq marağın artması bilet satışlarında da özünü göstərir. 2026-cı il Azərbaycan Qran-Prisinin biletləri 120-dən çox ölkədən olan azarkeşlər tərəfindən alınıb.

Bu göstərici yarışın beynəlxalq coğrafiyasının daha da genişləndiyini göstərir.

Xatırladaq ki, bu gün start götürən yarış sentyabrın 26-da başa çatacaq.

Oxşar xəbərlər

F1: Azərbaycan Qran-prisinin ilk günündən - FOTOREPORTAJ
"Formula 1"in Bakıda 10 ili: Azərbaycan Qran-prisinin şəhərə, turizmə və biznesə təsiri
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin təşkilində 2 min könüllü iştirak edir
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər