Tokioda tayfun səbəbindən 461 reys ləğv edilib
Far.Az xəbər saytı

Tokioda tayfun səbəbindən 461 reys ləğv edilib


Güclü "Dujuan" tayfununun Yaponiya paytaxtı regionuna yaxınlaşması səbəbindən Tokionun Haneda və Narita hava limanlarında azı 461 reys ləğv edilib.

"Far.Az" xarici mətbuata istinadən xəbər verir ki, ən çox reys Haneda hava limanında ləğv edilib. Burada 280-dən çox daxili və təxminən 60 beynəlxalq reys dayandırılıb.

Narita hava limanında isə əsasən beynəlxalq olmaqla 100-dən çox reys ləğv edilib.

Tayfunun episentri Yaponiyanın əsas adası olan Honsyunun Sakit okean sahilinin mərkəzi hissəsinin cənubunda yerləşir. Tayfun saatda təxminən 25 kilometr sürətlə şimal-şərq istiqamətində hərəkət edir. Proqnozlara görə, bazar ertəsi gününün ikinci yarısında İzu yarımadasına, daha sonra isə Tokio ərazisinə yaxınlaşacaq.

Sinoptiklər əhalini güclü yağışlar, çayların daşması və torpaq sürüşmələri təhlükəsi barədə xəbərdar edirlər. Sakinlərə küçəyə çıxmamaq tövsiyə olunur. Tokioya bitişik Çiba prefekturasının bəzi ərazilərində artıq təhlükəsiz yerlərə təxliyə ilə bağlı tövsiyələr qüvvəyə minib.

Oxşar xəbərlər

Son iki saatda İrandan Azərbaycana daha 9 nəfər təxliyə olunub
Son üç saatda İrandan Azərbaycana 50 nəfər təxliyə edilib - YENİLƏNİB-6
Son iki saatda İrandan Azərbaycana 10 nəfər təxliyə edilib - YENİLƏNİB-5
Son iki saatda İrandan Azərbaycana 100-dən çox xarici ölkə vətəndaşı təxliyə edilib - YENİLƏNİB-4
Son iki saatda İrandan Azərbaycana 50 nəfər təxliyə edilib - YENİLƏNİB - 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər