Rubio: Rusiya ilə Ukrayna taxıl və energetika atəşkəsində maraqlıdır
Rusiya və Ukrayna taxıl tədarükü və energetikaya aid ola biləcək atəşkəsdə maraqlıdırlar.
"Report" "Sky News"a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Nyu-Yorkda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlardan sonra jurnalistlərə bildirib.
"Düşünürəm ki, hər iki tərəf taxıl və energetikaya aid olan müəyyən məhdud atəşkəsdə maraqlı olduqlarını ifadə edib", - Rubio deyib.
Onun sözlərinə görə, belə bir atəşkəs münaqişəni həll etməyəcək, lakin potensial olaraq müharibənin bəzi qlobal nəticələrini zəiflədə bilər.
Rubio qeyd edib ki, ABŞ belə bir razılaşmanın əldə olunmasında konstruktiv rol oynamağa hazırdır.
"Mümkündür ki, bu, daha geniş bir razılaşma üçün platforma rolunu oynasın", - dövlət katibi əlavə edib.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda sərgidə iştirak ediblər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb
-
Ağdərə rayonunda yerləşən "Dəmirli" Filiz Emalı Kompleksində 1 342 nəfər daimi işlə təmin olunub
-
Luis Silvestr 4 oyunluq cəzalanıb, "İmişli" 10 000 manat cərimələnib
-
Xəzər rayonunda mənzildən 33 min manat oğurlanıb
-
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb - TƏBİB-dən AÇIQLAMA
-
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Yuri Maksimov: "Futbolçuların bir qismini tanıyıram"













