Serbiyada Azərbaycanın da qatılacağı sərgi üçün tikinti icazəsi verilib
Serbiyada Azərbaycanın da qatılacağı "EXPO 2027" beynəlxalq sərgisinin infrastrukturu üçün 6,3 milyard dinarlıq (təxminən 54,3 milyon avro) tikinti icazəsi razılaşdırılıb.
"Report"un Balkan bürosu xəbər verir ki, Serbiyanın Tikinti, Nəqliyyat və İnfrastruktur Nazirliyi "EXPO 2027" sərgisinin ehtiyacları üçün nəzərdə tutulan obyektlərin inşasına dair tikinti icazəsi verib.
Qərar Tikinti İcazələrinin Verilməsi üzrə Vahid Prosedurların Mərkəzi Qeydiyyatında (CEOP) rəsmən dərc olunub.
Sənədə əsasən, tikinti işləri "Ən yaxşı təcrübələr və korporativ məzmun" layihəsinin "B" mərhələsi çərçivəsində icra ediləcək.
Layihə üzrə görüləcək işlərə nəqliyyat və parkinq sahələrinin, piyada gəzinti zolaqlarının (promenad), səkilərin, paylayıcı şəbəkə qurğusunun, nəzarət-buraxılış məntəqəsinin, iki ədəd transformator yarımstansiyasının və talvarların inşası, habelə hidrotexniki və elektroenerji infrastrukturunun qurulması daxildir.
Məlumata görə, icrası planlaşdırılan işlərin ilkin smeta dəyəri əlavə dəyər vergisi (ƏDV) nəzərə alınmadan, 6 milyard 367 milyon 067 min 118 dinar təşkil edir.
Xatırladaq ki, sentyabrın 14-də Azərbaycanın Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə etimadnaməsini bu ölkənin Prezidenti Aleksandar Vuçiçə təqdim edərkən A.Vuçiç Bakının gələn il Belqradda keçiriləcək "EXPO 2027" beynəlxalq sərgisində iştirak planlarına görə təşəkkür edib.
Oxşar xəbərlər
Leyla Əliyeva Budapeştdə "Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Madriddə MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisinin açılışı olub
Leyla Əliyeva və Arzu Əliyeva Berlində MAMA "Ana təbiət" sərgisinin açılışında iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə kişi həyat yoldaşını qətlə yetirib
-
Ukrayna kəşfiyyatının rəhbəri: Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib
-
Nigeriyada silahlı hücumlar nəticəsində 9 nəfər ölüb
-
"WSJ": ABŞ BCM-ə qarşı yeni genişmiqyaslı sanksiyalar tətbiq etməyi planlaşdırır
-
Alimlərdən yeni kəşflər: isti çay xərçəng riskini artırır, ilan zəhərindən antibiotik hazırlanıb
-
BVF üç ilə dünya üzrə dövlət borcunun ÜDM-in 100%-ni ötəcəyini gözləyir













