Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər regionda şahmatın inkişafı üçün silsilə layihələrə start verir.
Bu barədə "Report"a Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.
Bu barədə qərar Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının iclasında qəbul olunub.
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının baş katibi İlahə Qədimovanın sədrliyi ilə keçirilən Baş Assambleyada qurumun 2030-cu ilə qədərki inkişaf strategiyası müzakirə olunub. Layihəyə ümumi şahmat akademiyasının yaradılması, yeni beynəlxalq turnirlərin təşkili, həmçinin məşqçi və hakimlərin peşəkar hazırlığı üçün proqramların icrası daxil edilib.
Strategiya Türkdilli Ölkələrin Şahmat Akademiyası ("Turkic Chess Academy") layihəsinin icrası ilə reallaşacaq. Bu platforma üzv ölkələrin zəngin şahmat məktəblərinin təcrübəsini bir araya gətirəcək. Akademiya çərçivəsində məşqçi və hakimlərin birgə hazırlanması, effektiv təcrübə mübadiləsi, seminarlar və təhsil proqramlarının keçirilməsi planlaşdırılır. Eyni zamanda, şahmat sahəsində rəqəmsallaşma texnologiyalarının tətbiqi və bu istiqamətdə mütəxəssis mübadiləsi əsas prioritetlərdən biri olacaq.
Layihə zamanı turnir təqvimi də əhəmiyyətli dərəcədə genişlənəcək. Assosiasiya daha çox komanda və fərdi yarışlar, birgə təlim-məşq toplanışları təşkil etməyi hədəfləyir. Yeniyetmə şahmatçılar və veteranlar üçün xüsusi turnirlər nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycanı iclasda Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov təmsil edib.
Oxşar xəbərlər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Televiziyada nəyə baxırıq? - Proqramların janr bölgüsü açıqlanıb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
Bakı Uşaq və Gənclər Teatrı yeni layihəyə start verib.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Sumqayıt yolu ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
-
Suraxanıda 11 kiloqram narkotik aşkarlanıb
-
Tərtərdə evə gec gələn kişi arvadını döyüb xəstəxanalıq etdi
-
Tramp və Si Cinpin Ağ Evdə hərbi mərasimdə
-
İlham Əliyev: "Qlobal iqtisadi münasibətlər sürətlə dəyişir"
-
Xanlar Ağalarov: Bulvar İdarəsi pərakəndə satış qiymətlərini inzibati qaydada tənzimləyici kimi çıxış etmir













