İranda İsrailin xeyrinə casusluq etməkdə ittiham olunan şəxs edam edilib
Far.Az xəbər saytı

İranda İsrailin xeyrinə casusluq etməkdə ittiham olunan şəxs edam edilib


İranda casusluqda və İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham olunan Hoseyn Paderan barəsində çıxarılmış ölüm hökmü icra edilib.

"Far.Az" İran mediasına istinadən xəbər verir ki, hökm apellyasiya şikayəti rədd edildikdən və İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra olunub.

İranın məhkəmə hakimiyyətinin məlumatına görə, Paderan "Mossad"a məxfi hərbi məlumatları ötürmək ittihamı ilə saxlanılıb. İddia olunur ki, o, hərbi obyektlər, əməkdaşlar barədə məlumatlar və onların bəzi fərdi məlumatlarını toplayaraq öz kuratoruna ötürüb.

Məlumata görə, Paderan həmçinin ötürdüyü məlumatların müqabilində avro ilə pul vəsaiti alıb. Məhkəmə bildirib ki, onun evində üzərində "tam məxfi" yazılmış raket mövzusunda materialların olduğu qeyd dəftərçəsi, şifrələnmiş məlumat daşıyıcıları, rabitə vasitələri, eləcə də foto və video avadanlıqları aşkar edilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər