Dron hücumu zamanı ölən azərbaycanlının nəşi vətənə gətirilir
Far.Az xəbər saytı

Dron hücumu zamanı ölən azərbaycanlının nəşi vətənə gətirilir


Ukraynanın Rusiyanın Bryansk vilayətinə dron hücumu nəticəsində həlak olan azərbaycanəsilli şəxsin yaxınları danışıb.

Far.Az APA TV-yə istinadən xəbər verir ki, Ucar rayonunun Boyat kəndində anadan olmuş Hüseyn Əlimusağlu Mussaliyevin avtomobili dron hücumuna məruz qalıb.

"Ticarətlə məşğul idi. Orada bir başqa bir həmyerlimizlə oturub yeyib-içiblər. Axşam onu evinə aparırmış. Maşını sürən də başqa bir adam olub. Dron gəlib onun oturduğu hissədən düşüb, partlayıb", - deyə mərhumun qohumu Yadigar Həsənov bildirib.

Qeyd edək ki, ağır xəsarət alan həmyerlimiz xəstəxanada həyatını itirib. Mərhum ailəli olub. İki azyaşlı övladı var.

Bildirilir ki, həmyerlimizin nəşinin bu gün - sentyabrın 25-də Azərbaycana gətiriləcəyi və doğulduğu kənd qəbiristanlığında dəfn olunacağı planlaşdırılır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İtkin-şəhid Mikayıl Əliyevin nəşinin qalıqları dəfn edilib
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər