Mikayıl Cabbarov: "Yüksək enerji qiymətlərinə baxmayaraq, ARDNF-dən büdcəyə transfert azaldılır"
Bu il enerji qiymətlərinin rekord həddə çatmasına, proqnozların hələ də çox yüksək olmasına baxmayaraq, gələn il Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertin məbləği bu illə müqayisədə az olacaq.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) çərçivəsində keçirilən panel müzakirədə çıxışı zamanı bildirib.
"Başqa sözlə, biz əks-tsiklik siyasət yürüdürük", - deyə o qeyd edib.
M.Cabbarovun sözlərinə görə, dayanıqlı inkişafı şərtləndirən ikinci vacib faktor maliyyə buferlərinin mövcudluğudur: "Azərbaycan təkcə 2026-cı ildə deyil, 2022-ci ildə də təsirə məruz qaldı, çünki biz bu regionda yaşayırıq və bir-birimizlə qarşılıqlı əlaqədəyik. Lakin buferlər bizə inkişaf kursunu qoruyub saxlamağa imkan verdi"
Prioritet sahələrə diqqətin yönəldilməsini qeyd edən nazir, rəqəmsallaşma və sənayeləşmənin əsas hədəflər sırasında olduğunu bildirib: "Rəqəmsal keçidlə bağlı milli strategiyanın qəbulu, Birinci vitse-prezidentin sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının yaradılması - bütün bu addımlar ona görədir ki, biz bunun həm ümumi iqtisadi məhsuldarlığa, həm də hər bir fərdin məhsuldarlığına gətirib çıxardığına inanırıq".
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
"Sabah Investment Group", "Reportage Group" və "Elie Saab"dan Azərbaycada ilk brend yaşayış layihəsi:"Panorama by Elie Saab"
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sumqayıt" Elçin Salmanzadəni heyətinə qatıb
-
Babək rayonunun icra başçısı vəzifəsindən azad edilib
-
Özbəkistanla Azərbaycan Xəzərdə donanmanın maliyyələşdirilməsi mənbələrini müəyyən edib
-
Qusarda meşədə qətlə yetirilən qadının meyiti tapılıb, saxlanılan var
-
Cəbrayıl sakini: Dövlət biznesimizi inkişaf etdirmək üçün bizə yetərli dəstək verib
-
Tramp və Si Cinpin Ağ Evdə hərbi mərasimdə













