Conatan Bar: "Azərbaycan Mərkəzi Asiyanın xammal resurslarının qərb bazarlarına çıxışını təmin edir"
Azərbaycan faktiki olaraq Mərkəzi Asiyaya qapı rolunu oynayaraq, regionun xammal resurslarının qərb bazarlarına çıxışını təmin edir.
"Far.Az" xəbər verir ki, bunu "Apollo Global Management" şirkətinin kreditləşmə və strukturlaşdırılmış maliyyələşdirmə üzrə idarəedici direktoru Conatan Bar Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) deyib.
Onun sözlərinə görə, Qazaxıstan, Özbəkistan və Türkmənistanın əhəmiyyətli xammal resursları var, lakin Azərbaycan kimi beynəlxalq bazarlara çıxışa malik deyillər: "Azərbaycan faktiki olaraq Mərkəzi Asiyaya qapı rolunu oynayır".
O qeyd edib ki, "Apollo" Qazaxıstan və Özbəkistana investisiyaları nəzərdən keçirərkən, həmçinin Azərbaycanın mövqelərinin genişləndirilməsi və bu ölkələrdən xammal resurslarının Azərbaycana daxil olmasının təmin edilməsi imkanlarını da qiymətləndirir.
C.Bar bildirib ki, "Apollo" regiona əhəmiyyətli investisiyalar həyata keçirmiş ən böyük maliyyə institutlarından biridir. Onun sözlərinə görə, şirkət Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birlikdə Trans-Anadolu Qaz Boru Kəmərinə (TANAP) 1 milyard ABŞ dolları, BP ilə birlikdə isə Trans-Adriatik Boru Kəməri (TAP) və TANAP-a 2 milyard ABŞ dolları investisiya yatırıb, həmçinin maliyyə institutlarına investisiyalar həyata keçirib.
"Bir neçə ay əvvəl biz SOCAR vasitəsilə regionda iştirakımızı artırmaq və regionun infrastrukturuna milyardlarla dollar investisiya yönəltmək üçün SOCAR-la anlaşma memorandumu imzaladığımızı elan etdik", - o qeyd edib.
C.Barın sözlərinə görə, "Apollo"nun prioritet istiqamətləri arasında boru kəməri infrastrukturunun genişləndirilməsi, dəmir yollarına və emal güclərinə investisiyalar yer alır ki, bunlar Mərkəzi Asiyadan daha çox xammal məhsullarının Azərbaycan vasitəsilə dünyanın digər ölkələrinə çatdırılmasına imkan verəcək.
O, həmçinin Transxəzər qaz kəmərinin potensialını da qeyd edərək bildirib ki, onun qiymətləndirməsinə görə, bu, Cənubi Avropaya daxil olan qazın həcmini iki və ya üç dəfə artıra bilər.
C.Barın sözlərinə görə, hazırda Azərbaycan qazı Avropa İttifaqının bütün qaz idxalının təxminən 5 %-ni təşkil edir və bu göstərici təxminən 10 %-ə qədər arta bilər.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sumqayıt" Elçin Salmanzadəni heyətinə qatıb
-
Babək rayonunun icra başçısı vəzifəsindən azad edilib
-
Özbəkistanla Azərbaycan Xəzərdə donanmanın maliyyələşdirilməsi mənbələrini müəyyən edib
-
Qusarda meşədə qətlə yetirilən qadının meyiti tapılıb, saxlanılan var
-
Cəbrayıl sakini: Dövlət biznesimizi inkişaf etdirmək üçün bizə yetərli dəstək verib
-
Cəbrayılda 2147 nəfər məşğulluq tədbirlərinə cəlb olunub













