İtaliya şirkəti Azərbaycanda plazma preparatları istehsalı və tədqiqat mərkəzi qurmağı planlaşdırır
Far.Az xəbər saytı

İtaliya şirkəti Azərbaycanda plazma preparatları istehsalı və tədqiqat mərkəzi qurmağı planlaşdırır


İtaliyanın "Kedrion" əczaçılıq şirkətinin Azərbaycanda istehsal və tədqiqat mərkəzinin yaradılması planlaşdırılır.

"Report" xəbər verir ki, bunu İtaliyanın "FSI" investisiya şirkətinin təsisçisi və Baş icraçı direktoru Maurizio Tamagnini Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib.

"Portfel şirkətlərimizdən biri ilə bağlı xüsusi planlar hazırlamağa başlamışıq. Məqsəd həmin şirkətin fəaliyyətinin Azərbaycanın təqdim etdiyi azad iqtisadi zonalardan birində yerləşdirilməsidir. Bu şirkətlərdən biri "Kedrion"dur. Şirkət plazma törəmələri üzrə ixtisaslaşıb və əsasən insan qanından əldə edilən dərman preparatları istehsal edir. İnsan qanı uzun məsafələrə daşınmır və hər bir region bu cür həyati əhəmiyyətli xəstəliklərin müalicəsində istifadə olunan preparatların istehsalı üçün öz qan plazmasının emal edilməsində maraqlıdır.

Bu səbəbdən, aidiyyəti qurumların lazımi dəstəyi ilə bütün regiona xidmət göstərə biləcək istehsal və tədqiqat mərkəzini Azərbaycana gətirə bilsək, tədqiqat və istehsal prosesləri xaricdən həyata keçirilməyəcək. Beləliklə, burada yalnız ticarət mərkəzləri deyil, həm də real istehsal və tədqiqat imkanları yaradılacaq", - M. Tamagnini qeyd edib.

O hesab edir ki, bu, böyük bir addım və nümunə olacaq: "Bu layihə İtaliya üçün strateji əhəmiyyət daşımaqla yanaşı, Azərbaycanda əhəmiyyətli və müsbət qarşılanan kapital öhdəliklərinin formalaşmasına da imkan verəcək".

M. Tamagninin sözlərinə görə, Azərbaycan və İtaliya arasında universitetlərarası əməkdaşlıq və tələbə mübadiləsi də yüksək səviyyədədir: "Gələcək rəhbərliyin formalaşdırılması üçün sponsorluq edilir, tələbələrin hər iki region arasında səfərləri üçün təqaüdlər ayrılır".

Oxşar xəbərlər

İlham Əliyev dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib
"Sabah Investment Group", "Reportage Group" və "Elie Saab"dan Azərbaycada ilk brend yaşayış layihəsi:"Panorama by Elie Saab"
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər