"Koroğlu" - Bilgəh istiqamətində avtobus problemi: "Tələbatı ödəmir"
Far.Az xəbər saytı

"Koroğlu" - Bilgəh istiqamətində avtobus problemi: "Tələbatı ödəmir"


Metronun "Koroğlu" stansiyasından Bilgəh qəsəbəsinə sərnişin daşıyan 150 nömrəli marşrut avtobuslarının fəaliyyəti sakinlərin narazılığına səbəb olub.

BAKU.WS "Xəzər" TV-yə istinadən xəbər verir ki, sərnişinlər avtobusların tutumunun az olduğunu və tələbatı ödəmədiyini bildirirlər. Onların sözlərinə görə, marşrut üzrə məsafə uzun, sərnişinlərin sayı isə çoxdur.

Həftəsonu olmasına baxmayaraq, sakinlər dayanacaqlarda uzun müddət avtobus gözləməli olduqlarını deyirlər.

Bəs bu istiqamətdə iritutumlu avtobusların xəttə buraxılması nəzərdə tutulurmu?

"BakuBus" MMC-nin sözçüsü Əsmər Əliyeva bildirib ki, avtobusların marşrut xəttinə buraxılması sərnişin tələbatına uyğun şəkildə tənzimlənir.

Onun sözlərinə görə, sərnişin axını və tələbat mütəmadi olaraq nəzarətdə saxlanılır.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4
Anar Rzayev: "2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq" – MÜSAHİBƏ
Anar Rzayev: "2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq"
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər