Aİ ölkələri qaz və elektrik enerjisi istehlakını azaltmaq üçün tədbirlər görməyə çağırıb
Far.Az xəbər saytı

Aİ ölkələri qaz və elektrik enerjisi istehlakını azaltmaq üçün tədbirlər görməyə çağırıb


Avropa İttifaqı (Aİ) ABŞ və İsrailin İrana qarşı müharibəsinin neft və qaz bazarlarına təsiri fonunda enerji qiymətlərinin artması ilə üzləşib.

"Far.Az"un "Reuters" agentliyinə istinadən məlumatına görə, bu barədə Avropanın energetika üzrə komissarı Dan Yorgensenin Aİ ölkələrinin enerji nazirlərinə ünvanladığı məktubda bildirilir.

"Biz (enerjidə) qiymət böhranı ilə üzləşirik ki, bu da təchizat böhranı ilə bağlıdır", - Yorgensen qeyd edib.

O, Aİ ölkələrini qarşıdan gələn qışa hazırlıqlarını gücləndirməyə, anbarlarda tələb olunan qaz səviyyəsini qorumağa, eləcə də qaz və elektrik enerjisinə tələbatı lazım olduğu qədər azaltmağa yönəlmiş tədbirlərin tətbiqini və ya davam etdirilməsini nəzərdən keçirməyə çağırıb.

Beləliklə, Brüssel qiymətlərin artması və təchizat problemləri fonunda Aİ ölkələrində enerji istehlakını azaltmağı bir daha nəzərdən keçirir.

Eyni zamanda, Yorgensen bildirib ki, Aİ hazırda 2021-ci ilin qışında olduğundan daha yaxşı enerji çətinliklərinə hazırdır.

Oxşar xəbərlər

Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər