Ceyhun Bayramov Antonio Quterreşlə Azərbaycanın BMT-də fəal iştirakını müzakirə edib
Far.Az xəbər saytı

Ceyhun Bayramov Antonio Quterreşlə Azərbaycanın BMT-də fəal iştirakını müzakirə edib


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkəsində məlumat yayıb.

Tərəflər regional və beynəlxalq proseslər, o cümlədən Azərbaycanın fəaliyyəti ətrafında fikir mübadiləsi aparıblar.

Azərbaycanın BMT və onun ixtisaslaşmış qurumları çərçivəsində fəal iştirakı, eləcə də çoxtərəfliliyə, beynəlxalq hüquqa və BMT Nizamnaməsinin prinsiplərinə verdiyi töhfələr xüsusi vurğulanıb.

Müzakirələr zamanı Azərbaycanın donor ölkə qismindəki töhfələri və humanitar təşəbbüsləri də diqqət mərkəzində olub.

Söhbət zamanı qlobal iqlim fəaliyyəti və dayanıqlı inkişaf məsələlərinə toxunulub; Azərbaycanın COP29-a uğurla ev sahibliyi, həmçinin bərpaolunan enerji, nəqliyyat və regional əlaqəlilik sahələrində artan rolu qeyd edilib.

C.Bayramov Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesindəki son irəliləyişlər, Cənubi Qafqazda etimadın qurulması istiqamətindəki səylər, keçmiş məcburi köçkünlərin geri qayıtmasını dəstəkləyən genişmiqyaslı bərpa-quruculuq işləri və minatəmizləmə fəaliyyətləri barədə məlumat verib.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər