Ceyhun Bayramov: Son 30 ildə Azərbaycanda mina qurbanlarının sayı 3 500 nəfəri ötüb
Far.Az xəbər saytı

Ceyhun Bayramov: Son 30 ildə Azərbaycanda mina qurbanlarının sayı 3 500 nəfəri ötüb


Son 30 il ərzində mina qurbanlarının ümumi sayı 3 500 nəfəri ötüb

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələrində çıxışında deyib.

Nazir qeyd edib ki, Azərbaycan ərazilərinin minalar və digər partlayıcı qurğularla genişmiqyaslı çirkləndirilməsi ciddi mane olaraq qalmaqdadır: "Bu, bərpa və qayıdış prosesini əhəmiyyətli dərəcədə çətinləşdirir. 2020-ci ildə ərazilərin işğaldan azad edilməsindən sonra qadın və uşaqlar da daxil olmaqla, 400-dən çox insan mina qurbanına çevrilib.

Bu problemin miqyasını nəzərə alaraq, Azərbaycan mina təmizləmə fəaliyyətini insan hüquqlarının təmin olunması üçün zəruri ilkin şərt hesab edir və humanitar mina təmizlənməsini özünün 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi kimi rəsmən bəyan edib.

Eyni qaydada, münaqişə nəticəsində itkin düşmüş təxminən 4 000 azərbaycanlının taleyi və yerinin müəyyən edilməsinin zəruriliyi təkcə hesabatlılıq, qurbanların və onların ailələrinin hüquqları baxımından deyil, həm də münaqişədən sonrakı barışıq və normallaşma prizmasından mühüm əhəmiyyət daşıyır.

Getdikcə mürəkkəbləşən qlobal çağırışların qarşısında bizim kollektiv cavabımız inklüziv, ədalətli və universal olmalıdır.

Azərbaycanın özünün təcrübəsi məhz bu prinsipləri ehtiva edir. Bizim cəmiyyətimiz müxtəlif etnik, mədəni və dini icmaların əsrlər boyu davam edən dinc yanaşı yaşamasından qaynaqlanaraq, təbiətən multikultural və çoxkonfessiyalı cəmiyyətdir".

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol
Vətən müharibəsinin başlamasından 4 il ötür
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər