Azad edilmiş ərazilərdə şəhərsalma ilə bağlı görülən işlər açıqlanıb
Qarabağ və Şərqi Zəngəzurda 12 şəhər və 11 qəsəbənin inkişafı kompleks şəkildə planlaşdırılır.
"Far.Az" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.
Onun sözlərinə görə, Azərbaycan üçün məqsədimiz dayanıqlılıq və investisiya cəlbediciliyinin paralel şəkildə inkişaf etməsininin təminidir: "Bu yanaşma yalnız Bakı ilə məhdudlaşmır. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması Azərbaycanın ərazi-məkan inkişafında yeni bir mərhələni təmsil edir. Biz sadəcə infrastrukturu və yaşayış məntəqələrini bərpa etmirik, həm də müasir nəqliyyat əlaqələri, sosial infrastruktur və bərpa olunan enerji potensialı ilə dəstəklənən yeni şəhər və iqtisadi mərkəzlər yaradırıq".
A.Quliyev vurğulayıb ki, bu transformasiyanın miqyası böyükdür: "Azad edilmiş ərazilər üçün inteqrasiya olunmuş planlaşdırma çərçivəsi təxminən 13 min 600 kvadratkilometr ərazini, o cümlədən 12 şəhər, 11 qəsəbə və 900-ə yaxın kəndi əhatə edir. Burada proqnozlaşdırılan əhali sayı təxminən 1,1 milyon nəfərdir. Lakin bu dəyişikliyin əhəmiyyəti yalnız onun miqyası ilə məhdudlaşmır, tətbiq etdiyimiz kompleks yanaşmada özünü göstərir. Şəhərsalma nəqliyyat əlaqələri, iqtisadi fəaliyyət, ətraf mühitin idarə olunması, enerji sistemləri, sosial infrastruktur və demoqrafik inkişafla birlikdə planlaşdırılır".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
"Sabah Investment Group", "Reportage Group" və "Elie Saab"dan Azərbaycada ilk brend yaşayış layihəsi:"Panorama by Elie Saab"
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Sumqayıt yolu ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
-
Suraxanıda 11 kiloqram narkotik aşkarlanıb
-
"Zirə" minifutbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb
-
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
-
İlham Əliyev: "Qlobal iqtisadi münasibətlər sürətlə dəyişir"
-
"Formula 2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarışın qalibi mükafatlandırılıb













