Fuad Nağıyev: "Ötən il turizm fəliyyəti ilə bağlı əlavə dəyər 7 milyard manata yaxın olub"
Far.Az xəbər saytı

Fuad Nağıyev: "Ötən il turizm fəliyyəti ilə bağlı əlavə dəyər 7 milyard manata yaxın olub"


Ötən illər ərzində turizm Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin mühüm tərkib hissəsinə çevrilib.

"Far.Az" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) 2-ci günü çərçivəsində təşkil olunan paneldə bildirib.

Onun sözlərinə görə, ötən il turizmlə bağlı fəaliyyət növləri üzrə əlavə dəyər 7 milyard manata yaxın olub: "Sektorun milli iqtisadiyyatdakı payı isə təxminən 5,4 %-ə çataraq pandemiya öncəsi səviyyəni ötüb. Təkcə 2025-ci ildə turizm xidmətləri valyuta gəlirləri şəklində təxminən 2 milyard ABŞ dolları təşkil edib. Bu rəqəmlər göstərir ki, turizm iqtisadiyyatın digər bir çox sahələrinə də güclü təsir göstərən investisiya sektorudur".

O, xüsusilə 2026–2030-cu illər üçün Turizmin İnkişafına dair yeni qəbul edilmiş Dövlət Proqramını vurğuladıb. Qeyd edib ki, bu proqram turizm siyasətimizdə yeni bir mərhələni təcəssüm etdirir.

Oxşar xəbərlər

DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər