"Global Infrastructure Partners" Azərbaycana investisiya imkanlarını müzakirə edib
Far.Az xəbər saytı

"Global Infrastructure Partners" Azərbaycana investisiya imkanlarını müzakirə edib


Azərbaycan və "Global Infrastructure Partners" (GİP) şirkəti arasında əməkdaşlığın inkişaf perspektivləri, ölkəmizin investisiya imkanları və regional layihələrdə iştirak məsələləri müzakirə olunub.

"Far.Az" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində nazir Mikayıl Cabbarovun şirkətin təsisçi tərəfdaşı, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi ilə görüşdə aparılıb.

Müzakirələr zamanı Orta Dəhlizin inkişafı, rəqəmsal transformasiya və enerji layihələrinin yaratdığı regional imkanlar barədə fikir mübadiləsi aparılıb. Azərbaycanın əlverişli coğrafi mövqeyi, nəqliyyat-logistika infrastrukturu və artan rəqəmsal imkanlarının beynəlxalq investisiyalar üçün yaratdığı perspektivlər diqqətə çatdırılıb.

Logistika, ənənəvi və bərpa olunan enerji, rəqəmsal infrastruktur və data mərkəzləri istiqamətində birgə investisiya imkanları nəzərdən keçirilib. Bu sahələrdə uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlığın genişləndirilməsi, həmçinin regional əhəmiyyətli investisiya layihələrinin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər