"Barselona" Rafinyanın het-triki sayəsində "Sevilya"nı məğlub edib
Far.Az xəbər saytı

"Barselona" Rafinyanın het-triki sayəsində "Sevilya"nı məğlub edib


"Barselona" İspaniya çempionatının səfər matçında "Sevilya"nı 3:1 hesabı ilə məğlub edib.

"Far.Az" xəbər verir ki, Sevilyada "Ramon Sançes Pisxuan" stadionunda keçirilən görüşdə qaliblərin heyətində 22-ci, 52-ci və 69-cu dəqiqələrdə qol vuran Rafinya het-triklə fərqlənib.

"Sevilya"nın yeganə topunu 19-cu dəqiqədə Yussuf Fofana vurub.

Rafinya ardıcıl ikinci matçda het-trik rəsmiləşdirib. Sentyabrın 16-da İspaniya çempionatının "Rasinq"lə oyununda (7:2) braziliyalı vinger üç qol vurmuşdu.

"Barselona" İspaniya çempionatının təkbaşına lideridir. Komanda yeddi matçda yeddi qələbə qazanıb və 21 xal toplayıb. "Sevilya" 13 xalla turnir cədvəlində beşinci yeri tutur.

Növbəti matçda, oktyabrın 10-da "Barselona" "Xetafe"ni qəbul edəcək, "Sevilya" isə oktyabrın 12-də səfərdə "Levante" ilə oynayacaq.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununda qələbə qazanıb - YENİLƏNİB-7
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
Kabo Verde DÇ-2026-da ardıcıl ikinci xalını qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər