"Yuventus"un qapıçısı Kamil Qrabara diz zədəsi ilə üzləşib
Far.Az xəbər saytı

"Yuventus"un qapıçısı Kamil Qrabara diz zədəsi ilə üzləşib


"Yuventus"un qapıçısı Kamil Qrabara dizindən zədə alıb.

"Far.Az" xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Məşq zamanı zədələnən futbolçunun sağ dizininin ön çarpaz bağlarının cırıldığı müəyyənləşib. Futbolçunun müalicə kursunu müəyyənləşdirmək üçün yaxın günlərdə ortopedik konsultasiyalardan keçəcəyi bildirilib.

Qeyd edək ki, "Volfsburq"dan icarə əsasında "Yuventus"a keçən K.Qrabara ilə 2027-ci ilin yayına qədər müqavilə imzalanıb. 2024-cü ildən Almaniya komandasında oynayan qolkiper 2025/2026 mövsümündə meydanda olduğu 37 oyunda 71 qol buraxıb və 4 dəfə qapısını toxunulmaz saxlayıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununda qələbə qazanıb - YENİLƏNİB-7
Azıx mağarasının bir neçə girişdən ibarət olduğu müəyyənləşib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Məşhur seriallarda oynayan aktyorların nə qədər pul qazandığı məlum oldu - MƏBLƏĞ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər