Makron çağırış etdi: Uşaqları qorumaq üçün süni intellekt modelləri yoxlanılmalıdır
Fransa Prezidenti Emmanuel Makron uşaqların süni intellektin mümkün mənfi təsirlərindən qorunması üçün bu texnologiyaların istifadədən əvvəl yoxlanılmasının vacibliyini bildirib.
BAKU.WS xəbər verir ki, Makron BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda keçirilən süni intellekt dövründə uşaqların hüquqlarının və təhlükəsizliyinin qorunmasına dair koalisiya toplantısında çıxış edib.
Fransa lideri bildirib ki, tarixdə ilk dəfə uşaqların təhsil prosesində danışa, suallara cavab verə, hətta maraq və sevgi əlamətlərini təqlid edə bilən texnologiyalar geniş yer alır.
Makron sosial media platformalarının son 10 ildə uşaqların və yeniyetmələrin şəxsi həyatında həddindən artıq böyük yer tutduğunu deyib. O, Avropa Komissiyasının sədri Ursula fon der Lyayeni uşaqların sosial media platformalarından qorunmasına yönəlmiş yeni qaydaları açıqladığı üçün təqdir edib.
Fransa Prezidenti süni intellektin artıq uşaqların həyatının bir hissəsinə çevrildiyini vurğulayıb. Onun sözlərinə görə, sosial media ilə bağlı buraxılan səhvlərin süni intellekt sahəsində də təkrarlanmasına yol vermək olmaz.
Makron uşaqları daha yaxşı qorumaq üçün süni intellekt modellərinin istifadədən əvvəl sınaqdan keçirilməsini və araşdırılmasını təklif edib. O bildirib ki, heç bir süni intellekt modeli yoxlanılmadan və təsdiqlənmədən uşaqların istifadəsinə verilməməlidir.
Makron həmçinin süni intellekt sistemlərinin müxtəlif dillər, mədəniyyətlər və təhsil şəraiti nəzərə alınmaqla müstəqil tədqiqatçılar tərəfindən araşdırılmasının vacibliyini qeyd edib.
O, noyabr ayında Parisdə keçiriləcək Sülh Forumunda bu istiqamətdə daha konkret həllərin hazırlanacağına ümid etdiyini bildirib.
Makronun sözlərinə görə, süni intellekt sistemlərinin uşaqlar tərəfindən istifadəsi zamanı istehsalçının vəd etdiyi faydalar sübut edilməli, yaş, istifadə forması və konkret şəraitdən asılı risklər isə müstəqil şəkildə qiymətləndirilməlidir.
Oxşar xəbərlər
İlham Əliyev və Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda sərgidə iştirak ediblər
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb
-
Ağdərə rayonunda yerləşən "Dəmirli" Filiz Emalı Kompleksində 1 342 nəfər daimi işlə təmin olunub
-
"Birliyin Gücü - 2026": Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbi təliminin açılışı olub
-
Luis Silvestr 4 oyunluq cəzalanıb, "İmişli" 10 000 manat cərimələnib
-
Bakının hansı küçələrində tıxac var?
-
Zelenski müharibənin qışdan əvvəl başa çatacağına ümid edir













