WSJ: Tramp siyasətini dəstəkləyən müttəfiqlərinin azlığından narazıdır
Far.Az xəbər saytı

WSJ: Tramp siyasətini dəstəkləyən müttəfiqlərinin azlığından narazıdır


ABŞ Prezidenti Donald Trampın qapalı görüşlərdə onu açıq şəkildə dəstəkləməyə və siyasətini müdafiə etməyə hazır olan siyasi müttəfiqlərinin çox az olmasından narazılıq etdiyini bildirib.

"Far.Az"un məlumatına görə, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrinə istinadən yazıb.

Qəzetin məlumatına görə, "pərdə arxasında prezident köməkçilərinə bildirib ki, onun televiziyada müdafiə edən və ikinci prezidentlik müddətinin nailiyyətlərini qoruyan kifayət qədər siyasi müttəfiqi yoxdur".

Nəşrin yazdığına görə, Trampın narazılığı yaxın köməkçilərindən biri olan Natali Harpın ABŞ liderinə "MS NOW" telekanalının efirindən administrasiyasının fəaliyyətinin tənqid edildiyi bir neçə fraqmenti göstərməsindən sonra "pik həddə çatıb".

Bundan bir neçə saat sonra Tramp "CNN", "MS NOW" telekanallarının və "Politico" qəzetinin jurnalistlərinin Ağ Evə giriş icazələrindən məhrum edilməsi barədə göstəriş verib. Bu qərar Ağ Ev əməkdaşları üçün gözlənilməz olub, lakin göstəriş qısa müddət ərzində icra edilib.

Qəzet ABŞ liderinin yaxın çevrəsinin fikrinə istinadən qeyd edir ki, "20 ay keçməsinə baxmayaraq, Tramp istədiyinə nail ola bilmir və bundan narazıdır".

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Nəsrin Cavadzadənin bu qapalı geyimi müzakirələrə səbəb oldu
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər