Kobaxidze Paşinyanla Cənubi Qafqazda sülh və sabitliyin  möhkəmləndirilməsini müzakirə edib
Far.Az xəbər saytı

Kobaxidze Paşinyanla Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsini müzakirə edib


Gürcüstanın Baş naziri İrakli Kobaxidze ermənistanlı həmkarı Nikol Paşinyanla Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsi məsələlərini müzakirə edib.

"Far.Az"un Gürcüstan bürosu xəbər verir ki, görüş BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilib.

Görüşdə tərəflər Gürcüstan və Ermənistanın Cənubi Qafqazda sülh ilə sabitliyə mümkün qədər töhfə verməyə hazır olduqlarını təsdiqləyiblər.

Gürcüstan hökumətinin başçısı iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşdirilməsinə hazır olduğunu bildirib.

Tərəflər Gürcüstan və Ermənistan arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığı və yüksək səviyyəli siyasi dialoqu qeyd ediblər. Ticarət-iqtisadi, nəqliyyat, mədəni və xalqlararası əlaqələr üzrə əməkdaşlığın konkret nəticələr verdiyi vurğulanıb.

Oxşar xəbərlər

İlham Əliyevin Nikol Paşinyanla görüşü Gürcüstan mediasında
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər