İran ABŞ-lə danışıqlara hazır olduğunu açıqladı: "İstənilən təcavüzə qarşı dayanacağıq"
Far.Az xəbər saytı

İran ABŞ-lə danışıqlara hazır olduğunu açıqladı: "İstənilən təcavüzə qarşı dayanacağıq"


İran diplomatik danışıqları davam etdirməyə hazırdır, lakin ABŞ tərəfindən hərbi təzyiq davam edərsə, mübarizəni davam etdirəcəyini bəyan edib.

Far.Az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı "NBC News"a müsahibəsində deyib.

Əraqçı bildirib ki, Tehran həm danışıqlara, həm də mümkün təcavüzə qarşı müqavimət göstərməyə hazırdır. Nazir münaqişənin "Qiyamət günü müharibəsi" miqyasına çatacağı halda belə İranın geri çəkilməyəcəyini vurğulayıb.

Onun sözlərinə görə, Tehran ABŞ-la 60 faizə qədər zənginləşdirilmiş uranla bağlı razılaşmanı müzakirə edə bilər. Lakin bunun üçün ilk növbədə tərəflər arasında etimadın bərpası vacibdir.

Əraqçı İranın təklif etdiyi yeddi günlük planın da məhz ABŞ-la qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət etdiyini bildirib.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər