Milli Observatoriyanın "SosialLab" müsabiqəsinin ilk görüşü keçirilib
Far.Az xəbər saytı

Milli Observatoriyanın "SosialLab" müsabiqəsinin ilk görüşü keçirilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın yeni "SosialLab" elmi-analitik müsabiqəsinin ilk mərhələsi üzrə görüş baş tutub.

"Report" xəbər verir ki, görüşdə ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə layihənin mahiyyəti, müsabiqənin şərtləri və qiymətləndirmə meyarları təqdim olunub.

Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Elçin Süleymanov komandalar üçün effektiv təhlil və tədqiqat metodları üzrə təlim keçib, hesabatların hazırlanması qaydaları və metodoloji yanaşmalar izah edilib.

Bildirilib ki, müsabiqə çərçivəsində təqdim olunacaq hesabatlar texniki uyğunluq və plagiat yoxlamasından sonra beynəlxalq akademik meyarlarla qiymətləndiriləcək.

Qalib komandaların məqalələrinin Scopus indeksli jurnallarda dərc olunması üçün akademik redaktə və çap dəstəyi göstəriləcək.

Gənclərin tədqiqat bacarıqlarını inkişaf etdirmək məqsədilə təşkil edilən və iki ay davam edəcək SosialLab müsabiqəsində 11 ali təhsil və tədqiqat müəssisəsi iştirak edir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
"Elmi Nəşrlər" Azərbaycanda: əməkdaşlığın genişləndirilməsi və alimlərin dəstəyi
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Milli Observatoriya SosialLab elmi-analitik müsabiqəyə start verib
"Rəqəmsal mediada ədəbi dil standartları: müasir yazı texnikası və praktik redaktə" mövzusunda təlimlər keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər