FSI: İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik
İtaliya şirkətlərinin Azərbaycan və Mərkəzi Asiyaya köçürülməsi üzərində işlər aparılır.
"Report" xəbər verir ki, bunu İtaliyanın FSI investisiya şirkətinin təsisçisi və baş icraçı direktoru Maurizio Tamaqnini Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.
Onun sözlərinə görə, Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) uzun müddətdir ki, bu şirkətin tərəfdaşıdır: "Biz qədim bir konsepsiya hesab etdiyim ideyanı səfərbər etməyə çalışırıq. İtaliyanın qaza ehtiyacı var. İtaliya Azərbaycanın qaz üzrə ən böyük tərəfdaşıdır və 10 milyard kubmetr həcmində qaz alır. Azərbaycanın isə qaz satmağa ehtiyacı var. Beləliklə, bu, kifayət qədər yaxşı, strateji və qanuni bir münasibətdir. Bunun əvəzində, əvvəlki dövrlərdə İtaliya çox vaxt soruşurdu: "Bəlkə İtaliyaya sərmayə qoyasınız?". Bu da çox faydalı və köməkçi yanaşmadır. Lakin bu, məsələlərə baxmağın köhnə üsuludur. Bizim SOFAZ ilə birlikdə həyata keçirməyə çalışdığımız məsələ isə "transplantasiya" adlanan prosesdir. Keçən ilin fevral ayında biz İtaliyadan bazar kapitalizasiyası 100 milyard ABŞ dollarından çox olan və təxminən 300 000 insanı işlə təmin edən şirkətlərin böyük nümayəndə heyəti ilə buraya gəlmişdik".
M.Tamaqnini vurğulayıb ki, kontinental Avropa, xüsusən də İtaliya Azərbaycan və Mərkəzi Asiya ilə həqiqətən əlaqələndirilərsə, İtaliyanın böyük texnologiya şirkətləri buraya gələcəklər: "Lakin İtaliyanın son dərəcə güclü kiçik şirkətləri də var".
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
"Sabah Investment Group", "Reportage Group" və "Elie Saab"dan Azərbaycada ilk brend yaşayış layihəsi:"Panorama by Elie Saab"
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Sumqayıt yolu ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
-
Suraxanıda 11 kiloqram narkotik aşkarlanıb
-
Tərtərdə evə gec gələn kişi arvadını döyüb xəstəxanalıq etdi
-
Tramp və Si Cinpin Ağ Evdə hərbi mərasimdə
-
İlham Əliyev: "Qlobal iqtisadi münasibətlər sürətlə dəyişir"
-
Xanlar Ağalarov: Bulvar İdarəsi pərakəndə satış qiymətlərini inzibati qaydada tənzimləyici kimi çıxış etmir













