Budapeştdə üçüncü olan Vahab Fətullayev: "Qarşıda daha yaxşı nəticələr qazanacağıma inanıram"
Far.Az xəbər saytı

Budapeştdə üçüncü olan Vahab Fətullayev: "Qarşıda daha yaxşı nəticələr qazanacağıma inanıram"


Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş beynəlxalq turnirdə bürünc medal qazanan şpaqa üzrə Azərbaycan millisinin üzvü Vahab Fətullayev qarşıda daha yaxşı nəticələr qazanacağına inanır.

İdmançı bu barədə "Report"a açıqlamasında deyib.

O, "Kadet-Junior Parbajtor Magyar Kupa 3" yarışı ilə bağlı təəssüratlarını bölüşüb:

"Əsas hədəfim inkişaf etmək, çatışmazlıqlar üzərində işləmək və növbəti yarışlara daha yaxşı hazırlaşmaqdır. Qarşıda daha yaxşı nəticələr olacağına inanıram. Bu turnir mənim üçün yaxşı keçdi. Özümü yaxşı hiss edirdim. Yarışda kifayət qədər böyük rəqabət var idi, amma özümü toparlayıb diqqətimi qorumağa və hər görüşə maksimum köklənməyə çalışdım. Açığı, yarış zamanı nəticə haqqında çox düşünmürdüm. Əsas məqsədim özümə və görüşlərimə fokuslanmaq, qələbə üçün əlimdən gələni etmək idi".

V.Fətullayev yarımfinalda uduzması barədə danışıb:

"Finala çıxmaq mümkün olmadı. Görüşün müəyyən məqamlarında daha fəal və cəsarətli çıxış edə bilərdim. Amma bu da mənim üçün yaxşı bir təcrübə oldu və üzərində işləməli olduğum məqamları əyani göstərdi. Üçüncü yeri tutduğum üçün şadam. Əlbəttə, həmişə daha yaxşısını istəyirik, amma bu nəticəni müsbət qəbul edirəm və bu məni daha yüksək nəticələr qazanmağa motivasiya edir".

Oxşar xəbərlər

Leyla Əliyeva Budapeştdə "Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Azərbaycan qılıncoynadanı Vahab Fətullayev beynəlxalq turnirdə bürünc medal qazanıb
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər