BSTDB-nin Azərbaycandakı layihələr üzrə ödənişləri təxminən 700 milyon avroya çatıb
Far.Az xəbər saytı

BSTDB-nin Azərbaycandakı layihələr üzrə ödənişləri təxminən 700 milyon avroya çatıb


Qara Dəniz Ticarət və İnkişaf Bankı (Black Sea Trade and Development Bank - BSTDB) bu ilin avqustun 31-i tarixinə Azərbaycanda ümumi məbləği 442,035 milyon avro olan 47 layihə üzrə saziş imzalayıb.

"Report" BSTDB-nin məlumatına istinadən xəbər verir ki, 42 əməliyyat çərçivəsində ödənilən vəsaitin faktiki həcmi 697,58 milyon avro təşkil edib.

Bununla yanaşı, BSTDB-nin Direktorlar Şurası avqustun sonunadək Azərbaycanda ümumi məbləği 444,488 milyon avro olan 45 əməliyyatı təsdiqləyib.

Bankın hesabatına əsasən, Azərbaycanda imzalanmış layihələr portfelinin əsas hissəsi (50,29 %) maliyyə, 35,23 %-i enerji, 6,92 %-i daşınmaz əmlak sektorunun, 3,91 %-i ilkin tələbat malları, 3,65 %-i isə dövri tələbat malları ilə bağlı layihələrin payına düşür.

BSTDB-nin Azərbaycandakı irimiqyaslı layihələri sırasına Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üçün 75 milyon ABŞ dolları məbləğində maliyyələşdirmə, "Bank Respublika"ya 25 milyon manatlıq kredit xətlərinin ayrılması, həmçinin "Unibank" vasitəsilə maliyyə sektoruna 7 milyon ABŞ dolları və "Azər Türk Bank" vasitəsilə 5 milyon ABŞ dolları məbləğində dəstəyin göstərilməsi daxildir.

Oxşar xəbərlər

SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
Azərbaycanda mobil telefon nömrələri 1 000 - 75 000 manata hərraca çıxarılır
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (06.01.2025)

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər