Çimərlik mövsümündə sudaboğulma hallarının sayı 13 % azalıb - ƏLAVƏ OLUNUB
Çimərlik mövsümündə sudaboğulma hallarının sayı 13 % azalıb.
"Report" xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili çimərlik mövsümünün başa çatması ilə bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, cari ilin ötən dövrü ərzində qeyri-çimərlik ərazilərində ümumilikdə 64 nəfərin meyiti sudan tapılaraq çıxarılıb:
"Bu da ötən ilin analoji dövründə 85 olub və təxminən 25 % azalma deməkdir".
"Bu da ötən ilin analoji dövründə 68 olub və təxminən 13 % azalma deməkdir. Bu rəqəmdən yanlız 29-u bilavasitə çimərkən sudaboğulma halıdır. Digər halların isə ilkin araşdırmalarla müxtəlif səbəblərdən (ehtiyatsızlıq, balıqçılıq fəaliyyəti və s.) baş verdiyi müəyyən edilib".
FHN rəsmisi xatırladıb ki, 2026-cı il ərzində 23 nəfər dənizdə, 3-ü göllərdə, 5-i çaylarda, 18-i suvarma kanallarında, 5-i isə su anbarlarında batıb:
"Ümumilikdə sudabatma halları nəzarətsiz qeyri-çimərlik ərazilərində baş verib. Burada da küləkli havada, dalğalı dənizdə və ya spirtli içki qəbul edərək su hövzəsinə girmə halları, uşaqların və yeniyetmələrin nəzarətsiz buraxılması və xüsusilə çimərlik kimi nəzərdə tutulmayan suvarma kanalları, çaylar, süni göllər və digər bu kimi su hövzələrindən istifadə halları əsas səbəblərdəndir".
Akşin Əlili eyni zamanda əlavə edib ki, iyul ayından etibarən dənizdə boğulan 3 nəfərin axtarışları davam etdirilir.
Oxşar xəbərlər
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
"Bilgəh" sularda xilasetmə məntəqəsinin açılışı olub, nazir iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Natiq Əliyev Qaradağ rayon icra hakimiyyətinin başçısı təyin olunub
-
Lahorda azərbaycanlı qadına qarşı qrup şəklində cinsi zorakılıq iddiası – İstintaq başladı
-
Fransua Olland prezident seçkilərində iştirakını istisna etməyib
-
UEFA Millətlər Liqası: Türkiyə İtaliyaya böyük hesabla uduzub, Fransa Belçikaya qalib gəlib
-
Jurnalist Əvəz Zeynallı vəfat etdi
-
Bu rayonda dəmir yolu infrastrukturu yenidən qurulur - 3,7 milyon manatlıq LAYİHƏ













