Azərbaycan futbolu Yunanıstandan nə öyrənə bilər? - "TOP-al"da Millətlər Liqası gündəmi
Far.Az xəbər saytı

Azərbaycan futbolu Yunanıstandan nə öyrənə bilər? - "TOP-al"da Millətlər Liqası gündəmi


Oxu.Az-ın "TOP-al" podkastının yeni buraxılışında UEFA Millətlər Liqasında keçirilən qarşılaşmalar, Azərbaycan millisinin çıxışı və dünya futbolunda gündəmdə olan əsas məsələlər müzakirə edilib.

Verilişdə Azərbaycan millisinin Litva ilə 1:1 hesablı heç-heçəsi, komandamızın qazandığı bir xalın uğurlu nəticə hesab edilib-edilməməsi və qarşılaşmada diqqətçəkən məqamlar barədə danışılıb.

Bundan əlavə, UEFA Millətlər Liqasında İngiltərə və İspaniya arasında keçirilən və 2:3 hesabı ilə başa çatan qarşılaşma, oyunun gedişi və ispanların qələbəsi müzakirə olunub.

Buraxılışda Yunanıstan millisinin Almaniyanı 1:0 hesabı ilə məğlub etməsi də diqqət mərkəzində olub. Yunanıstan futbolunun son illərdəki inkişafı, yerli futbolçuların Avropanın müxtəlif klublarında çıxış etməsi və bu modelin milli komandaya təsiri barədə fikir mübadiləsi aparılıb.

Həmçinin Azərbaycan futbolunun Yunanıstanın inkişaf modelindən nələri öyrənə biləcəyi, futbolçuların xaricdə çıxışının milli komandaya mümkün təsiri və Azərbaycan futbolunun inkişaf istiqamətləri müzakirə edilib.

Oxşar xəbərlər

Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər