Azərbaycan Fələstinin dövlətçiliyinə dəstəyini bir daha təsdiqləyib
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yeni Baş katibi İsmayıl Uld Şeyx Əhmədi təbrik edib, artan islamofobiyaya qarşı həmrəyliyi vurğulayıb və Azərbaycanın Fələstinin dövlətçiliyinə dəstəyini bir daha təsdiqləyib.
"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında paylaşım edilib.
O, artan regional hərbi münaqişələrlə bağlı dərin narahatlığını ifadə edərək, qlobal miqyasda müsəlman icmalarını hədəf alan ayrı-seçkilik və zorakılıqla mübarizə aparmaq üçün diplomatik səyləri gücləndirməyə və İƏT-i birgə fəaliyyətə çağırıb.
Nazir 2027-ci ildə Azərbaycanda keçiriləcək İƏT Sammiti üçün institusional hazırlıq işləri barədə məlumat verib.
Foreign Minister @Bayramov_Jeyhun addressed the @OIC_OCI Coordination Meeting.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) September 24, 2026
The Minister congratulated incoming OIC Secretary-General Ismail Ould Cheikh Ahmed, emphasized solidarity against rising Islamophobia, and reaffirmed Azerbaijan’s support for Palestine’s statehood.… pic.twitter.com/mmo1qRcL6O
Oxşar xəbərlər
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qazaxda açıq ərazidə yanğın baş verib
-
Qazaxıstanda Xəzərdə təlimlər zamanı 9 hərbçi ölüb
-
"Sumqayıt" Elçin Salmanzadəni heyətinə qatıb
-
Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat
-
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
-
Babək rayonunun icra başçısı vəzifəsindən azad edilib













