Mahir Məmmədov: "Olimpiadanın nəticələrini təhlil edərək hazırlıq proqramını gücləndirəcəyik"
Azərbaycan Şahmat Federasiyası səhvlərin üzərində işləyərək həm kişi, həm də qadın qrossmeysterlərin gələcəkdə beynəlxalq yarışlarda uğur qazanması üçün hazırlıq və dəstək proqramlarını daha da gücləndirəcək.
Bu barədə "Report"a Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov açıqlama verib.
O, Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasının yekunları ilə bağlı fikirlərini bölüşüb:
"Azərbaycan Şahmat Federasiyası olaraq, bu nəticələri ətraflı təhlil edəcəyik. Səhvlərimiz üzərində işləyərək həm kişi, həm də qadın şahmatçılarımızın gələcəkdə beynəlxalq arenalarda uğur qazanması üçün hazırlıq və dəstək proqramlarını daha da gücləndirəcəyik. Mütləq qaydada yığmaların çıxışı təhlil olunacaq".
M.Məmmədov hər iki komandanın əzmkarlıqla mübarizə apardığını söyləyib:
"Kişilərdən ibarət millimiz çox gərgin keçən yarış marafonunu 5-ci sırada tamamlayaraq ilk "onluq"da yerini təsdiqlədi. Medal qazanmağa çox yaxın idik, xüsusilə gənc və təcrübəli şahmatçılarımız gələcək üçün böyük perspektiv vəd etdiyini sübut etdi. Qadınlardan ibarət kollektiv isə yarışı 16-cı yerdə başa vurdu. Onların potensialının bundan qat-qat yüksək olduğunu bilirik. Bəzi turlarda xal itkiləri olsa da, bu səviyyəli turnirdə qazanılan təcrübə növbəti yarışlarda daha uğurlu nəticələr əldə etməyimizə kömək edəcək".
Qeyd edək ki, 46-cı Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın kişilərdən ibarət komandası 17 xalla 5-ci olub. Qadınlardan ibarət kollektiv isə 15 xalla 16-cı yeri tutub.
Oxşar xəbərlər
Məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi keçirilib
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
SOCAR-ın prezidenti "Özbəkistanın nefti və qazı" 28-ci beynəlxalq sərgi-konfransında iştirak edib
Global Media Group şahmat turniri təşkil etdi
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA rəhbəri İnfantinonu istefa verməyə çağırıb
-
Mərc oyunlarından milyon qazanan biznesmen müflis oldu - İndi taksi sürür
-
Qazaxıstanla Almaniya Avropaya neft və qaz tədarükü üzrə əməkdaşlıq edəcək
-
Tomas Müller ABŞ klubu ilə müqaviləsinin müddətini uzadıb
-
Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb
-
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub













