Digər metro stansiyaları da ÖDƏNİŞSİZ OLACAQ? - RƏSMİ CAVAB
Far.Az xəbər saytı

Digər metro stansiyaları da ÖDƏNİŞSİZ OLACAQ? - RƏSMİ CAVAB


Bakı metrosunda sərnişin axınının tənzimlənməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib.

BAKU.WS-in məlumatına görə, bu qərarın xüsusilə Sumqayıt, Xırdalan və Bakı–Şamaxı yolu istiqamətindən gələn sərnişinlərin şəhərin mərkəzinə daxil olmadan metrodan istifadəsinə şərait yaratması və "20 Yanvar" ərazisində sərnişin sıxlığının azaldılması məqsədi daşıdığı bildirilib.

İlkin açıqlamalara görə, stansiyalarda ödənişsiz girişin ən azı bir ay davam etdirilməsi nəzərdə tutulur və sonrakı müddət aparılacaq monitorinqlərin nəticələrindən asılı olacaq. Bununla əlaqədar sərnişinlər arasında ödənişsiz xidmətin konkret olaraq nə vaxta qədər davam edəcəyi, tətbiqin nəticələrinin necə qiymətləndiriləcəyi və eyni yanaşmanın gələcəkdə digər metro stansiyalarına da şamil olunub-olunmayacağı ilə bağlı suallar yaranıb.

Maraqlıdır ki, ödəniş keçid nə vaxta qədər davam edəcək? Daha hansı metrostansiyalarda oxşar vəziyyət tətbiq oluna bilər?

"Bakı Metropoliteni" QSC-dən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, hazırda "Avtovağzal" və "Xocəsən" stansiyalarında ödənişsiz keçidin hansı müddətədək davam edəcəyi ilə bağlı konkret tarix müəyyən edilməyib:

"Bununla bağlı qərar bu tədbirin həmin ərazidə sərnişin axınının bölüşdürülməsinə və nəqliyyat yükünün tarazlaşdırılmasına təsiri nəzərə alınmaqla veriləcək. Sərnişin axınının tənzimlənməsi və yerüstü nəqliyyatın hərəkətinin daha optimal tənzimlənməsi baxımından zərurət yaranarsa, müxtəlif həllərin digər stansiyalarda, avtobus marşrutlarında və ərazilərdə tətbiq edilməsi istisna olunmur".

Orxan Hüseyn

Oxşar xəbərlər

Anar Rzayev: "2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq"
Anar Rzayev: "2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq" – MÜSAHİBƏ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər