Maliyyə Monitorinqi Xidməti ildə 20 min manatdan çox pul köçürmələrinə məlumat və sənəd tələb edəcək
"Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən məlumat və sənədlərin Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi Qaydası"nın, maliyyə institutlarının Maliyyə Monitorinqi Xidmətinə məlumat və sənədlər təqdim etməli olduqları nağd şəkildə həyata keçirilən əməliyyatların və maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatlarının məbləğinin minimum həddinin, habelə əməliyyatları icra etmədən məlumat və sənədlər təqdim etməli olduqları əməliyyatların məbləğinin minimum həddinin təsdiq edilməsi barədə" qərarda dəyişiklik barədə qərar sabahdan qüvvəyə minir.
"Far.Az" xəbər verir ki, Xidmətin İdarə Heyətinin sədri Zaur Fətizadənin imzaladığı qərara əsasən, maliyyə institutlarının quruma məlumat və sənədlər təqdim etməli olduqları maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatlarının məbləğinin bir təqvim ili üzrə minimum həddi 20 000 manat və yaxud ona ekvivalent xarici valyuta məbləği müəyyən edilr və müştərinin hər növbəti maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatına münasibətdə tətbiq edilir.
Öhdəlik daşıyan şəxslər indiyə qədər müştərisi olan hüquqi şəxslərin benefisiar mülkiyyətçiləri barədə məlumatları Xidmətə 2027-ci il 31 dekabr tarixinə qədər təqdim etməlidir.
Oxşar xəbərlər
Azərbaycanda mülki aviasiya xidmətləri ilə bağlı tariflər QÜVVƏYƏ MİNDİ
Mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı xidmət haqqı məbləğləri təsdiqlənib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA rəhbəri İnfantinonu istefa verməyə çağırıb
-
Mərc oyunlarından milyon qazanan biznesmen müflis oldu - İndi taksi sürür
-
"Azəralüminium" ixrac gəlirlərini 58 %-ə yaxın artırıb
-
"Azərkosmos" "Platerra" süni intellekt əsaslı platformasını istifadəyə verib
-
Qazaxıstanla Almaniya Avropaya neft və qaz tədarükü üzrə əməkdaşlıq edəcək
-
Tomas Müller ABŞ klubu ilə müqaviləsinin müddətini uzadıb













