Fransada etirazlar zamanı onlarla tələbə yaralanıb
Far.Az xəbər saytı

Fransada etirazlar zamanı onlarla tələbə yaralanıb


Fransada məktəblərin vəziyyəti, resurs çatışmazlığı və imtahanların yaratdığı streslə əlaqədar tələbələrin davam edən nümayişləri fonunda onlarla tələbə və təhsil işçisi yaralanıb.

"Report"un "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, Fransanın təhsil naziri Eduard Jeffrey etirazlar başlayandan bəri 76 tələbə və təhsil işçisinin xəsarət aldığını bildirib.

Nümayişlər ötən həftə başlayıb.

Tələbə etirazları Fransa hökumətinin 2027-ci il üçün sərt büdcə layihəsi hazırlaması fonunda keçirilir.

Etirazçılar siniflərin həddindən artıq yükləndiyini və müəllim çatışmazlığının olduğunu bildirirlər. Hökumət nümayişləri məsuliyyətsizlik adlandırsa da, orta məktəblərdə problemlərin olduğunu və onların həllinin zəruriliyini etiraf edib.

Daha əvvəl Fransa polisi yuxarı sinif şagirdlərinin ölkə məktəbləri qarşısında keçirdikləri etiraz aksiyaları zamanı 440 nəfəri saxlayıb.

Oxşar xəbərlər

Məktəblərdə ilk dərs günü həyəcanı - FOTOREPORTAJ
İranda keçirilən etirazların XRONOLOGİYASI: Zorakılıqla çalxalanan 47 il
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib
IDEA Bərdə və Beyləqanda kütləvi ağacəkmə aksiyaları təşkil edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər